Moskvanın mərkəzindəki Kudrinskaya meydanında yerləşən “Balzi Rossi” restoranında törədilən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb.
Terror aktının iki qurbanı xəstəxanada ölüb.
Medianın məlumatına görə, altıdan çox insanın vəziyyəti ağırdır və həkimlər onların həyatlarının xilas etmək uğrunda mübarizəni davam etdirirlər.
Avqustun 1-də “Balzi Rossi” restoranında partlayış baş verib. Rusiya Milli Terrorla Mübarizə Komitəsinin məlumatına görə, naməlum bir qadın müəssisəyə əldəqayırma partlayıcı qurğu keçirməyə cəhd edib. Təhlükəsizlik işçisi onu girişdə saxlayıb və həmin an partlayış baş verib.
Mühafizəçi, müştərilərdən biri və partlayıcı qurğunu gətirən qadın hadisə yerində həlak olublar. Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media
Mənbə: bizim.media