Moskvada partlayışda yaralananlar arasında Rusiya generalının qızı da var? - FOTO

Moskvada partlayışda yaralananlar arasında Rusiya generalının qızı da var? -

Moskvanın Balzi Rossi restoranında baş verən partlayış nəticəsində ağır yaralanan şəxslərdən birinin Rusiya general-polkovniki Aleksandr Çaykonun qızı ola biləcəyi bildirilir.

Bu barədə “Verstka” məlumat yayıb.

25 yaşlı Mariya P. açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. İddialara əsasən, o, Rusiya Aerokosmik Qüvvələrinin (VKS) komandanı general-polkovnik Aleksandr Çaykonun qızı ola bilər.


Bildirilir ki, qadın ərinin soyadını – Peredriy soyadını daşıyır. Onun həyat yoldaşının isə partlayış nəticəsində ölənlər arasında olduğu qeyd olunur.

Hadisə ilə bağlı rəsmi təsdiqlənmiş məlumat verilməyib.



Mənbə: bizim.media