Çini güclü tayfun gözləyir

Çini güclü tayfun gözləyir

Küləyin sürəti saniyədə 45 metrə çatan güclü “Dolphin” tayfununun 9-dan 10 avqusta keçən gecə Çinin şərq sahillərinə çatacağı gözlənilir.

Bu haqda Çinin Milli Meteorologiya Mərkəzi məlumat yayıb.

Fırtınanın Çjetszyan və ya Futszyan əyalətinin sahillərinə çıxacağı və bölgədə güclü yağışlara səbəb olacağı proqnozlaşdırılır.

Meteoroloqlar bildirirlər ki, hazırda Ryukyu adalarının şərqində yerləşən tayfun təxminən 20–25 km/saat sürətlə hərəkət edir və onun daxilində küləyin sürəti saniyədə 50 metrə çatır.

Mənbə: qafqazinfo.az