Ağcabədidə ağır yol qəzası - Ölən və xəsarət alan var

Ağcabədidə ağır yol qəzası - Ölən və xəsarət alan var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Eldəniz Musayevin idarə etdiyi “Naz Lifan” markalı minik avtomobili qəzaya uğrayıb.

Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Rüstəm Əliyev isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az