İngiltərədə gənc oğlan xəstəxananın damına çıxaraq pasiyentlər və ziyarətçilər arasında təşvişə səbəb olub.
hadisə İngiltərədəki “Ysbyty Glan Clwyd” xəstəxanasında baş verib.
Belə ki, 26 yaşlı Leon Qillespi qara rəngli, “əzrayıl”ı xatırladan kostyum geyinərək, xəstəxananın damına çıxıb.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib, ətrafda təhlükəsizlik tədbirləri görülüb. Polis tərəfindən saxlanılan 26 yaşlı şəxs barəsində ictimai asayişi pozduğu üçün cinayət işi başlanılıb.
Məhkəmə qarşısına çıxarılan Qillespi tibb müəssisəsində heç bir əsaslı səbəb olmadan narahatlıq yaratdığını etiraf edib. Məhkəmə onun barəsində cərimə tətbiq edib.
Hadisədən sonra açıqlama verən Leon isə üzərindəki geyimin ictimaiyyətdə iddia edildiyi kimi “əzrayıl kostyumu” olmadığını, əslində qarğa kostyumu olduğunu bildirib.

Mənbə: qafqazinfo.az