14 yaşlı Nicatın meyiti tapıldı

14 yaşlı Nicatın meyiti tapıldı

Mingəçevirdə Qarabağ kanalında batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu 2012-ci il təvəllüdlü Nicat Yalçın oğlu Şərifzadənin meyitini batdığı yerdən təxminən 1 kilometr aralı məsafədə aşkar edib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Nicat Şərifzadə Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin şagirdi olub. O, yeni tədris ilində 9-cu sinifdə təhsil almalı idi. Ailədə özündən başqa, bir bacısı var.

Qeyd edək ki, hadisə avqustun 4-ü Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində baş verib. Yeniyetmənin batmasından sonra FHN-in dalğıc-xilasediciləri axtarışlara cəlb olunmuşdu. Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Mənbə: qafqazinfo.az