“Verder Bremen”in mərkəz müdafiəçisi Kərim Kulibali xoşagəlməz bir sürprizlə qarşılaşıb.
“Bild” nəşrinə istinadla xəbər verilir ki, 19 yaşlı futbolçu maşınına minib məşqə getmək istəsə də, bunu edə bilməyib: avtomobilin dörd təkəri oğurlanıb.
“Bremen. Sadəcə məşqə getmək istəyirdim”, – deyə Kulibali təkərsiz avtomobilinin şəklini paylaşaraq yazıb.
Kulibali komanda yoldaşı Salim Musanın sayəsində məşqə vaxtında çatıb.

Mənbə: publika.az