Tovuzda evdə yanğın olub - 1 nəfər tüstüdən zəhərlənib

Tovuzda evdə yanğın olub -

Tovuzda fərdi yaşayış evində yanğın olub.

APA-ya istinadən xəbər verilir ki, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.
Rayon sakini məxsus evdə qəfil yanğın başlayıb. Hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: azxeber.com