7,4 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatdı

7,4 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatdı

Kolumbiyada bu gün baş verən 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

Bu barədə "CNN" məlumat yayıb.

Qeyd edək ki, Kali şəhərinin meri azı 20 binaya zərər dəydiyini diqqətə çatdırıb.

Ölkənin aviasiya qurumu Pereyra, Manizales, Kibdo, Armenia, Kartaqo və Buenaventura şəhərlərindəki hava limanları da daxil olmaqla, bir sıra regional hava limanlarında zərərin qeydə alındığını açıqlayıb.

Mənbə: publika.az