Qəbiristanlıqda meyit tapıldı - Prokurorluq araşdırma aparır

Qəbiristanlıqda meyit tapıldı - Prokurorluq araşdırma aparır

Ağstafa rayonu ərazisində kişi meyiti tapılıb.

Meyit Həsənsu kəndində qəbiristanlığın yaxınlığında aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Araşdırma zamanı meyiti aşkarlanan şəxsin 1980-ci il təvəllüdlü rayon sakini Z.Yolçiyev olduğu müəyyənləşdirilib.

Cəsəd müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.


Mənbə: yenisabah.az