Yasamalda soyğunçuluq edən şəxs tutuldu

Yasamalda soyğunçuluq edən şəxs tutuldu

Yasamal rayonu ərazisində fəaliyyət göstərən marketlərdən birində soyğunçuluq hadisəsi qeydə alınıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş 43 yaşlı A.Zahidov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Mənbə: unikal.az