Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxslərin dəyişdirilməsi əməliyyatını həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, mübadilə çərçivəsində 8 nəfər Rusiyaya, 7 nəfər isə Ukraynaya təhvil verilib. Prosedur “Novaya Quta” keçid məntəqəsində baş tutub.

Hadisə yerində Belarusun təcili tibbi yardım heyəti və feldşerləri növbətçilik edib.

Xatırladaq ki, mülki şəxslərin bundan əvvəlki mübadiləsi iyunun 27-də baş tutmuşdu. Həmin vaxt Ukrayna tərəfi 5-i Kursk vilayətinin sakini olmaqla, ümumilikdə 7 mülki şəxsi Rusiyaya qaytarmışdı.

Mənbə: qafqazinfo.az