Gəncədə zəncirvari qəza baş verib.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücü zəncirvari qəza törədib. Toqquşma zamanı “Mercedes”, “Chevrolet”, “BYD” və “VAZ-21015” markalı avtomobillərə ziyan dəyib.
Qəza nəticəsində 1997-ci il təvəllüdlü Məhluqə Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev




Mənbə: qafqazinfo.az