Maykl Cekson övladlarının üzünü niyə gizlədirdi?

Maykl Cekson övladlarının üzünü niyə   gizlədirdi?


Maykl Ceksonun uşaqlıq illərində övladlarının üzünü maskalarla gizlətməsinin səbəbi illər sonra məlum olub.

Müğənninin qızı Paris Cekson atasının bu üsula niyə əl atdığını açıqlayıb.
Paris Cekson bildirib ki, atasının əsas məqsədi onu və bacı-qardaşlarını insanların tanımasının qarşısını almaq olub. Onun sözlərinə görə, Maykl Cekson uşaqlarına maska taxdırmaqla onların ictimai yerlərdə daha rahat vaxt keçirməsinə və digər uşaqlar kimi normal uşaqlıq yaşamasına şərait yaratmağa çalışıb.
“Mənə elə gəlirdi ki, bu, tamamilə normaldır. Atam deyirdi ki, maska taxsaq, insanlar bizim onun uşaqları olduğumuzu bilməyəcəklər. Beləliklə, çöldə rahat oynaya və əylənə biləcəyik”, – deyə Paris bildirib.
O, uşaqlıqda atasının dünya şöhrətli bir ulduz olmasının miqyasını tam anlamadığını da etiraf edib.
Paris Cekson atasının nə qədər məşhur olduğunu uşaqlıqda yaşadığı bir hadisədən sonra daha yaxşı dərk etdiyini söyləyib.
O, bir oteldə olarkən pəncərədən çölə baxdığını və gördüyü izdiham qarşısında təəccübləndiyini xatırlayıb. Paris həmin vaxt insanların Maykl Ceksona göstərdiyi böyük marağı görərək atasının şöhrətinin miqyasını anlayıb.
Onun sözlərinə görə, məhz həmin hadisədən sonra Maykl Ceksonun övladlarını niyə daim diqqətdən qorumağa çalışdığını daha yaxşı başa düşüb.(Yeni sabah)

Mənbə: www.bakupost.az