İtaliyada Parma yaxınlığındakı Magnani-Rocca Fondunun özəl muzeyindən üç sənət əsərini oğurladıqlarına görə Moldova əsilli beş nəfər həbs edilib.
Bu barədə ANSA məlumat yayıb.
Sözügedən əsərlər Pyer-Ogüst Renoir, Pol Sezan və Henri Matissin olub.
Oğurlanmış əsərlərin ümumi dəyəri təxminən 9 milyon avro olaraq qiymətləndirilir.
Hər üç əsər tapılaraq muzeyə qaytarılıb.
Asena,
BakuPost
Mənbə: www.bakupost.az