Ağdaşda VAZ su kanalına düşdü

Ağdaşda VAZ su kanalına düşdü

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb.

Sürücü ətrafdakıların köməkliyi ilə xilas edilib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Mənbə: oxu.az