Paytaxtda 5 kiloqram narkotik aşkarlandı

Paytaxtda 5 kiloqram narkotik aşkarlandı

Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Elcan Hüseynov saxlanılıb. Ondan 5 kiloqram narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.


Mənbə: unikal.az