Turist avtobusu Macarıstanda qəzaya düşdü: Xeyli sayda ölü və yaralı var - FOTO

Turist avtobusu Macarıstanda qəzaya düşdü: Xeyli sayda ölü və yaralı var - FOTO

Macarıstanda avtobus qəzası nəticəsində 12 nəfər həlak olub, azı 10 nəfər isə xəsarət alıb.

Bu barədə Macarıstanın Baş naziri Peter Madyar özünün "Facebook" hesabında yazıb.

Qeyd olunub ki, avqustun 16-na keçən gecə M3 avtomagistralı ilə Niredhaza istiqamətində hərəkət edən Polşa dövlət qeydiyyat nişanlı avtobus gözlənilmədən düz yoldan çıxaraq uçurma aşıb.

Turist avtobusu Macarıstanda qəzaya düşdü: Xeyli sayda ölü və yaralı var - FOTO

Macarıstan polisinin ilkin məlumatına görə, avtobusun sürücüsü sükan arxasında yuxulayıb. O, saxlanılıb.

Hüquq-mühafizə orqanlarının sözlərinə görə, turist avtobusunda 57 sərnişin və iki sürücü olub. Qəza nəticəsində 12 nəfər həlak olub. Bir neçə nəfər xəsarət alıb, onlar tibbi yardım alırlar.

Hazırda Borşod-Abauy-Zemplen vilayətinin polisi qəza yerində xilasetmə işləri aparır və hadisənin təfərrüatını araşdırır.

Mənbə: oxu.az