Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, tərəvəz daşıyan "Ford" markalı avtomobil magistral yolda aşıb. Nəticədə avtomobildə olan tərəvəzlər yola dağılıb.
Hadisəyə avtomobilin təkərinin partlamasının səbəb olduğu bildirilir.
Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobilə maddi ziyan dəyib.
Mənbə: oxu.az