Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - VİDEO

Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - VİDEO

Yevlax rayonu ərazisində yol-nəqliyyat nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı yük avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış maşında sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1961-ci il təvəllüdlü Aqil Müzəffər oğlu Tağıyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə: oxu.az