Aynur Talıbova ABŞ-da 300 dollar cərimələndi - VİDEO

Aynur Talıbova ABŞ-da 300 dollar cərimələndi -

ABŞ-a köçən aparıcı Aynur Talıbova Tahoe gölünə səfəri zamanı cərimələnib.

Aparıcı bu barədə sosial media hesabında paylaşım edib. O, avtomobili səhv yerdə saxladıqları üçün 300 dollar cərimələndiklərini qeyd edib. Əlavə 53 dollar isə parklanma haqqı ödəyib.

A.Talıbova bildirib ki, Tahoe gölünü ziyarət onlara 353 dollara başa gəlib:

“Ölmədən öncə dünyada görülməsi lazım olan yerlər var. Tahoe gölü Kaliforniyanın kəşf edilməli yerlərindən biridir. Tahoe gölü iki ştatın ərazisində yerləşir. Maşını saxlayanda baxmadan səhv yerdə saxlamışıq. Nəticədə bizə 300 dollar cərimə yazıldı. Üstəlik, parklanma üçün 53 dollar ödəmişik”.(Axşam.az)

Mənbə: publika.az