Bu ölkə Rusiyaya görə qırıcılarını havaya qaldırdı

Bu ölkə Rusiyaya görə qırıcılarını havaya qaldırdı

Polşa Rusiyanın Ukraynada hərbi fəallığının artması fonunda hava hücumundan müdafiə sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib və hərbi təyyarələri havaya qaldırıb.

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının "X" sosial şəbəkəsində yaydığı məlumata görə, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı vasitələri də hazırlıq vəziyyətinə gətirilib.

Polşa hərbçiləri bildiriblər ki, görülən tədbirlər xarakter daşıyır və ölkənin “həssas ərazilərlə” həmsərhəd bölgələrinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Qeyd edək ki, gecə saatlarından sonra Rusiya Kiyev vilayətinə silsilə zərbələr endirib. Hücumda təxminən 30 raketdən istifadə olunub. Kiyevin müxtəlif rayonlarında 15-dən çox partlayış səsi eşidilib. Silah anbarları və enerji obyektlərinin vurulduğu bildirilir.

Hücumlar zamanı 5 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb. Ölü və yaralı sayının artacağı istisna edilməyib.

Ləman

Mənbə: publika.az