İspaniyada anomal istilər səbəbindən 4,4 mindən çox insan ölüb.
Bu barədə İspaniya mediası "MoMo" ölüm hallarının monitorinqi sisteminin məlumatlarına istinadən bildirib.
Qeyd olunub ki, bu göstərici rekord olan 2022-ci ilin göstəricisinə yaxınlaşıb. Belə ki, bu il iyunun 1-dən avqustun 19-dək 4 458 ölüm halı qeydə alınıb.
İyundan etibarən İspaniyada anomal isti hava şəraiti hökm sürür. Bir sıra bölgələrdə havanın temperaturu dəfələrlə 40 dərəcəni keçib.
Mənbə: unikal.az