Salyanda ağır yol qəzası baş verib.
Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktka bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az