İspaniyada anomal istilər: Ölkənin şərqini güclü qasırğalar bürüdü - VİDEO

İspaniyada anomal istilər: Ölkənin şərqini güclü qasırğalar bürüdü - VİDEO
İyul və avqust aylarında baş verən isti hava dalğasından sonra İspaniyanın şərq hissəsində güclü külək və şiddətli yağışlarla müşayiət olunan qasırğa baş verib.
Bu barədə "El País" nəşri məlumat verib.

Məlumata görə, bu həftə İspaniyanın böyük hissəsini təsir altına alan, temperaturun avqustun 19-da 44 dərəcəyə çatdığı, gecələrin rekord dərəcədə isti və boğucu olduğu Valensiya əyalətində pik həddə çatan ekstremal temperatur dövrü avqustun 20-də bir neçə saat ərzində güclü qasırğalarla əvəz olunub. Bu qasırğalar dolu və sürəti 40 m/san-yə çatan küləklə müşayiət olunub.

Xüsusilə şiddətli leysanlar Valensiya əyalətində müşahidə olunub, burada maddi ziyan (ağacların yıxılması və evlərin damlarının zədələnməsi) qeydə alınıb. Həmçinin Mursiya və Albasete əyalətləri də qasırğadan zərər görüb. Hazırda Balear adalarında da ildırım müşahidə olunur.

Mənbə: oxu.az