Evdə bağlanmış bankaları nə qədər saxlamaq olar? - Mütəxəssislərdən açıqlama

Evdə bağlanmış bankaları nə qədər saxlamaq olar? - Mütəxəssislərdən açıqlama

İstifadə müddəti bitmiş evdə hazırlanmış konservlərin istehlakı sağlamlıq üçün təhlükə yarada bilər.

"Roskaçestvo"nun (Rusiya Keyfiyyət Sistemi) mütəxəssisləri RT-yə müsahibələrində evdə hazırlanmış konservlərin saxlanma müddəti ilə bağlı məlumat veriblər.

Mütəxəssislərin sözlərinə görə, konservlərin saxlanma müddəti məhsulun növündən və konservləşdirmə üsulundan asılıdır.

Belə ki, hermetik qablarda duzlu və marinad edilmiş tərəvəzlər iki il, sirkə ilə marinad edilmiş tərəvəzlər isə bir il ərzində saxlanıla bilər.

Kələm turşusunun hazırlandıqdan sonra səkkiz ay ərzində istehlak edilməsi tövsiyə olunur.

Leço və tərəvəz kürüsünün saxlanma müddəti 10 ay, mürəbbə və kompotların isə bir ildir.

Marinad edilmiş və duza qoyulmuş göbələklərin də saxlanma müddəti bir il təşkil edir.

Mənbə: oxu.az