Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Xanlıqlar kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində iki nəfər həlak olub.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qəza zamanı ölənlərin şəxsiyyəti və hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.
Mənbə: publika.az