Meydanda faciə - Huşunu itirən futbolçu öldü

Meydanda faciə - Huşunu itirən futbolçu öldü

Portuqaliyanın “Real Sport” komandasının hücumameylli yarımmüdafiəçisi Kevin Kastro yoldaşlıq oyunu zamanı dünyasını dəyişib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Faciəvi hadisə Malveyra şəhərində Portuqaliyanın yüksək divizionunda çıxış edən “Estrela Amadora” ilə yoldaşlıq oyunu zamanı baş verib. Oyunçu oyunun 10-cu dəqiqəsində özünün pis hiss edib və huşunu itirib. Yoldaşlıq oyunu olsa da, hər iki klubun tibbi heyəti orada olub və Kastronun köməyinə gəlib.

Hətta “Estrela”nın həkimləri defibrilyatordan istifadə etməli oldular, amma heç nə kömək etməyib. Futbolçu təcili xəstəxanaya aparıldı, amma orada belə həkimlər onun həyatını xilas edə bilməyiblər.

Portuqaliyalı oyunçunun ölümünün dəqiq səbəbi açıqlanmayıb.

Qeyd etmək lazımdır ki, karyerası ərzində Kastro İngiltərənin aşağı divizionlarından bir çox komandada, xüsusən də “Vest Bromviç”, “Barton”, “Notts Kaunti”, “York Siti” kimi komandalarda oynayıb.

Mənbə: publika.az