Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir.
"Onun vəziyyəti hazırda stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, avqustun 21-də Ş.Yusupova evdən çıxarkən onu piyada zolağının üstündə maşın vurub.
Mənbə: oxu.az