Rusiya səfərbərlik elan ediləcəyi təqdirdə ordunun hazırlığını yoxlayır.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı ordunun böyük sayda yeni çağırışçı qəbul etmək imkanları qiymətləndirilir.
Qərb kəşfiyyatının nümayəndələri hesab edirlər ki, ötən ay Rusiya hərbçiləri Sankt-Peterburqdan Kalininqrad vilayətinə uçaraq regionda səfərbərlik planlarının hazırlığını yoxlayıblar. Bura səfərbər olunan şəxslərin yerləşdirilməsi, qidalanması və silahla təmin edilməsi kimi məsələlər də daxildir.
Qeyd olunur ki, səfərbərlik elan edilməsi ilə bağlı analoji planlaşdırma Rusiyanın bütün ərazilərində aparılır.
Müəllif: Adəm
Mənbə: publika.az