Ağdamda minalanmış sahədə yanğın başladı - Foto

Ağdamda minalanmış sahədə yanğın başladı - Foto

Ağdamda genişmiqyaslı yanğın başlayıb.

"Report"a istinadən xəbər verilir ki, hadisə rayonun Abdal-Gülablı kəndində baş verib.

Yanğın qısa müddətdə 30 hektar əraziyə yayılıb.

Əraziyə Ağdam və Xocalı rayonlarının yanğınsöndürənləri cəlb edilib. Ərazinin minalı olması yanğına müdaxiləni çətinləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Mənbə: publika.az