“Azeri Light” markalı Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb.
"Azərbaycan neftinin bir barelinin son ticarət qiyməti 3,20 dollar və ya 3,4% zalaraq 91,93 ABŞ dollarına düşüb.
Bundan əvvəl “Azeri Light”ın bir bareli 95,13 dollara ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Mənbə: apa.az