Masallı rayonunda küçədə meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, Masallı şəhər sakini 1973-cü il təvəllüdlü İntiqam Əhmədov Masallı şəhəri ərazisində qəfil vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Ölən şəxsin keçmiş məhkum olduğu bildirilib.
Araşdırma aparılır.
Mənbə: qafqazinfo.az