Xaricdə təhsil xidmətləri ilə tanınan “AID Group” vəzifəli şəxsi Samir Yəhyazadə və Nigar Fərhad saxlanılıblar. Lakin işdə adı hallanan üçüncü şəxs də mövcuddur.
“Yeni Sabah”a istinadla xəbər verilir ki, xaricdə təhsil xidmətləri adı altında vətəndaşlardan çoxsaylı şikayətlər var. Onlar aldadıldıqlarını iddia edir.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Bir neçə gün əvvəl Nigar Fərhadın əri Samir Yəhyazadə cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Məhkəmənin qərarı ilə Samir Yəhyazadə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Maraqlı çəqam budur ki, “AID Group”un daxil olduğu "AID Language Center” MMC-nin qanuni təmsilçisi aparıcı Nigar Fərhadın anası Arzu Hidayət qızı Əliyevadır.
Bir neçə dəfə qızının aparıcılıq etdiyi verilişdə görünən Arzu Əliyeva ilə bağlı ətraflı heç bir məlumat yoxdur.
Qanunvericiliyə əsasən, dələduzluq və ya digər qanun pozuntuları törədən MMC-nin qanuni təmsilçisinin (direktorun) daşıdığı məsuliyyət maddələrlə aşağıdakı kimidir:
Cinayət Məcəlləsi, Maddə 178 (Dələduzluq): Şirkət adı ilə başqasının əmlakını və ya pulunu aldatma yolu ilə ələ keçirən rəhbər şəxs fiziki şəxs kimi azadlıqdan məhrumetmə daxil olmaqla birbaşa cinayət cəzası alır (cəza: vurulan ziyanın həcmindən və ağırlaşdırıcı hallardan asılı olaraq 1 000 – 2 000 manat cərimə, 360–480 saat ictimai işlər, 2 ilədək islah işləri və ya 2 ildən 10 ilədək azadlıqdan məhrumetmə).
Cinayət Məcəlləsi, Maddə 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə): Qanuni təmsilçi qulluq mövqeyindən istifadə edərək hüquqi şəxsə və ya 3-cü şəxslərə mühüm zərər vurarsa, vəzifəli şəxs kimi cinayət məsuliyyəti daşıyır (cəza: 2 000 – 4 000 manat cərimə, 3 ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilmə və ya 2 ildən 8 ilədək azadlıqdan məhrumetmə).
Mülki Məcəllə, Maddə 49 (Hüquqi şəxsin orqanlarının məsuliyyəti): Qanuni təmsilçi şirkətin maraqlarına zidd, vicdansız və ya ehtiyatsız hərəkət edərək zərər vurubsa, həmin ziyanı şəxsi əmlakı hesabına ödəməyə məcburdur (cəza: məhkəmə qərarı ilə vurulmuş ziyanın 100%-i nisbətində şəxsi əmlaka yönəldilən maddi təzminat).
Mülki Məcəllə, Maddə 91.4 (Subsidiar məsuliyyət): MMC-nin müflisləşməsi rəhbər şəxsin qanunsuz hərəkətləri nəticəsində baş veribsə, şirkətin ödəyə bilmədiyi borclar onun şəxsi əmlakına yönəldilir (cəza: MMC-nin ödəyə bilmədiyi bütün borc məbləğlərinin direktorun şəxsi əmlakından tutulması).
İnzibati Xətalar Məcəlləsi, Maddə 12 (Vəzifəli şəxslərin məsuliyyəti): Vergi, əmək və ya sahibkarlıq qaydalarının pozulmasına görə rəhbər şəxsə fərdi inzibati məsuliyyət tətbiq edilir (cəza: xətanın növündən asılı olaraq vəzifəli şəxs kimi 500 manatdan 3 000 manatadək şəxsi cərimə).
N.Fərhada saxlanılsa da, hələlik məhkəmə qarşısına çıxarılmayıb. Onun anası Arzu Əliyeva barədə də hüquq-mühafizə orqanları susurlar. Onun axtarışa verilib-verilmədiyi bilinmir. Halbuki qanunu təsisçi və qanuni nümayəndə kimi ilk olaraq o daha çox məsuliyyət daşıyır.
Mənbə: www.bakupost.az