Rusiya ordusu Ukraynada ticarət mərkəzini vurdu – FOTO - VİDEO

Rusiya ordusu Ukraynada ticarət mərkəzini vurdu – FOTO - VİDEO
Bu gün Rusiya ordusu Ukraynanın Zaporojye şəhərində yerləşən "Epitsentr" ticarət mərkəzinə növbəti dəfə zərbələr endirib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının açıqlamasına əsasən, hücum nəticəsində tikiliyə ziyan dəyib və ilkin ehtimallara görə dörd nəfərin tibbi yardıma ehtiyacı olub.

Hadisə yerində təqribən 2 000 kvadratmetr ərazini əhatə edən yanğın qeydə alınıb.

Qeyd edək ki, bu, 2026-cı il ərzində Rusiya ordusunun Zaporojyedəki sözügedən ticarət obyektlərinə azı dördüncü hücumdur.

Mətbuatda yayılan xəbərlərə görə, vurulan obyekt sözügedən şəbəkənin şəhərdə fəaliyyət göstərən sonuncu hipermarketi olub.

Mənbə: oxu.az