Kanaldan su götürərkən faciəvi şəkildə öldü

Kanaldan su götürərkən faciəvi şəkildə öldü

Tərtər rayonunda bir nəfər su kanalında boğulub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Cəmilli kəndində qeydə alınıb.

Kənd sakini, 65 yaşlı Ağa Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb.

Bir neçə saat sonra onun meyiti hadisə yerindən bir neçə kilometr aralıda sakinlər tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Mənbə: qafqazinfo.az