Kürdəmirdə avtomobil aşıb.
Qəza rayonun Pirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayn sakini, 48 yaşlı Ramil Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Nəticədə sürücü Ramil Hüseynov, həmçinin avtomobildə olan Pirli kənd sakinləri - 37 yaşlı Maxruq Əliyeva, 16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova və 47 yaşlı Səidə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadasının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Mənbə: qafqazinfo.az