Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Paytaxtın mərkəzində yerləşən apteklərin birində ölüm hadisəsi baş verib.

Avqustun 29-u saat 13 radələrində Üzeyir Hacıbəyli küçəsi 46/50-də yerləşən aptekdə 55-60 yaşlı kişi ölüb.

Məlum olub ki, vəfat edən şəxs Zəngilan rayon sakini 1968-ci il təvəllüdlü Mehman Mahmudovdur. Onun infarktdan öldüyü bildirilib.

Araşdırma aparılır.

Mənbə: qafqazinfo.az