Xəzərdə gəzinti gəmisi qayaya çırpıldı - Ölənlər var

Xəzərdə gəzinti gəmisi qayaya çırpıldı - Ölənlər var

Xəzər dənizinin Aktau sahillərində gəzinti gəmisi qayaya çırpılıb.

Qəza nəticəsində iki nəfər ölüb.

Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin məlumatına görə, hadisə avqustun 30-u saat 22:56-da Aktau şəhərinin 5A mikrorayonunda yerləşən Nurtobe biznes mərkəzinin yaxınlığında baş verib. Qayıqda 7 nəfər olub. Xilasetmə əməliyyatları zamanı 5 nəfər sahilə çıxarılaraq təcili yardım işçilərinə təhvil verilib. Qalan iki nəfərin xilasetmə jiletləri olmayıb.

Axtarış-xilasetmə əməliyyatları zamanı iki nəfərin cəsədi sahildən təxminən 500 metr aralıda tapılıb.

Xilasetmə əməliyyatları üçün Fövqəladə Hallar Departamentinin 35 əməkdaşı, dörd nəqliyyat vasitəsi və dörd qayıq səfərbər edilib. Hadisə yerinə 10 polis əməkdaşı və dörd nəqliyyat vasitəsi, Fəlakət Tibbi Mərkəzinin dörd əməkdaşı və bir nəqliyyat vasitəsi, eləcə də beş təcili yardım briqadası cəlb edilib.

Hazırda hadisənin baş vermə səbəbləri müəyyən edilir.

Mənbə: unikal.az