Direktor müavininin 2 milyonadək borcu var - Şikayətçilər polisə müraciət edib

Direktor müavininin 2 milyonadək borcu var - Şikayətçilər polisə müraciət edib

Sumqayıt Dövlət Universitetinin Polimer Materialları İnstitutunun direktor müavini Fariz Əmirliyə məxsus "Bilev inşaat" şirkətindən şikayət var.

Şirkətin ayrı-ayrı şəxslərə ümumilikdə 2 milyonadək borcu yaranıb. Onların arasında tanınmış iş adamları da var.

İş adamı Nuhbaba Şıxıyev açıqlamasında bildirib ki, Fariz Əmirli ilə bağlı artıq Binəqədi rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət edib. F.Əmirlinin iş adamına 243 min dollar borcu var.

"Bir müddət əvvəl pulu məndən alıb. Birgə iş görəcəkdik. Ancaq indiyədək 243 min dollarımı geri qaytarmır. Mən də kimdənsə alıb ona vermişdim. Evimi satıb, həmin borcu qaytarmışdım. Onun bir neçə adama da borcu var", - deyə iş adamı qeyd edib.

Araşdırmalar davam etdirilir.

Mənbə: unikal.az