Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
avqustun 30-u saat 22 radələrində Maştağa qəsəbə sakini 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə, A.Yazklıçov damdan yıxılaraq ölüb.
Bildirilib ki, vəfat edən şəxs informasiya texnologiyaları üzrə mütəxəssis olub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: qafqazinfo.az