İstanbulda İŞİD əməliyyatı - Polisə atəş açan şübhəli zərərsizləşdirildi

İstanbulda İŞİD əməliyyatı - Polisə atəş açan şübhəli zərərsizləşdirildi

Türkiyənin İstanbul şəhərinin Sultanbəyli rayonunda İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi Kəşfiyyat Şöbəsi ilə koordinasiyalı şəkildə İŞİD-ə qarşı əməliyyat keçirib.

Əməliyyat çərçivəsində terror təşkilatı ilə əlaqəli olduğu və ölkədə terror aktı planlaşdırdığı qiymətləndirilən 21 yaşlı B.Ç.-nin tutulması üçün tədbir görülüb.

Şübhəli saxlanılarkən polis əməkdaşlarına atəş açıb. Polis də cavab atəşi açıb və nəticədə B.Ç. zərərsizləşdirilib. Atışma zamanı bir vətəndaşın yaralandığı bildirilib.

İstanbul Valiliyinin açıqlamasında hadisə ilə bağlı istintaqın davam etdiyi qeyd olunub.

Mənbə: qafqazinfo.az