İranın Xarq adası yaxınlığında partlayışlar eşidilib.
Bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Məqalədə qeyd edilib ki, sakinlərin partlayış səslərini cənub istiqamətində eşidə bilərlər. Digər saytların İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən verdiyi məlumata görə, partlayış səsləri Baharestanda saat 13:00-a qədər eşidilə bilər.
Qeyd edək ki, Xarq adası Fars körfəzində yerləşir və İranın Buşehr əyalətinin bir hissəsi sayılır. Ada İran üçün strateji və iqtisadi əhəmiyyət kəsb edir. Burada İran neftinin çox hissəsinin ixrac edildiyi neft terminalı yerləşir.
Məllif: Tural
Mənbə: publika.az