Xilasedicilər Nuvakot rayonunda öz evinin qalıqları altında qalmış təxminən 60 yaşlı qadını sağ vəziyyətdə aşkar ediblər.
O, palçıq və dağıntılar arasından çıxarılaraq helikopterlə xəstəxanaya çatdırılıb.
Demək olar ki, eyni vaxtda nepallı hərbçilər və Cənubi Koreya xilasediciləri Su Elektrik Stansiyasının (SES) tunelinin içərisindən bir Çin vətəndaşını tapıblar. Ona çatmaq üçün təxminən 225 metr dərinliyə irəliləmək lazım gəlib.
Bir gün əvvəl SES-in digər tunelindən daha iki nepallı fəhlə xilas edilib. Beləliklə, son iki gün ərzində dörd nəfər sağ tapılıb.
Daşqın Nepala avqustun 26-da “hücum çəkib”. Son məlumatlara görə, ölkədə 1300-dən çox insan həlak olub, təxminən 5000 nəfər isə itkin düşmüş hesab olunur. Qonşu Tibetdə isə 31 nəfərin ölürmüş və 531 nəfərin itkin düşdüyü bildirilmişdi.
Bizim.Media
Mənbə: bizim.media