Rusiyada, Kabardin-Balkariya dağlarında baş verən qar uçqunu zamanı 11 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Bu barədə informasiyanı regionun Fövqəladə Hallar Nazirliyi yayıb.
Qurumun məlumatına görə, ümumilikdə 33 nəfərdən ibarət turist qrupu uçqun altında qalıb, 10 nəfər özbaşına enməyi bacarıb, 6 alpinistin taleyi isə naməlum qalır.
Uçqun sentyabrın 6-da Mijirqi yamacından düşüb.
Mənbə: bizim.media