İran hərbçiləri ABŞ-ın sualtı qayığını ƏLƏ KEÇİRDİ

İran hərbçiləri ABŞ-ın sualtı qayığını

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının girişində ABŞ Silahlı Qüvvələrinin ən müasir pilotsuz sualtı qayıqlarından birini ələ keçirib.

Bu barədə "IRIB News" teleqram kanalı yazıb.

Mənbə qeyd edir ki, söhbət "Anduril Industries" şirkəti tərəfindən hazırlanmış "Dive-LD" sualtı qayığından gedir.

SEPAH iddia edir ki, 2025-ci ildə ABŞ donanmasının silahlanmasına daxil olan bu aparat müasir sualtı texnologiyalarla təchiz olunub və onun ələ keçirilməsi üçün mürəkkəb kəşfiyyat-əməliyyat tədbirləri həyata keçirilib.

Daha əvvəl SEPAH ABŞ-ın pilotsuz üzən aparatını da hədəf aldığını bildirmişdi. Hadisə həmin aparatın Hörmüz boğazının qorunan zonasına daxil olduğu vaxt baş verib.

Mənbə: bizim.media