Filippində sərnişin bərəsində baş verən yanğınla bağlı rəsmi açıqlama verilib.
“Qafqazinfo” xəbər verir ki, məlumata görə, faciə nəticəsində həyatını itirənlərin sayı 35-ə yüksəlib.
54 sərnişindən isə hələ ki, xəbər yoxdur.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir, hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Filippinin Palavan əyalətində “MV June Aster” sərnişin bərəsində yanğın ötən gün baş verib.
Mənbə: qafqazinfo.az