Fransanın şimal bölgəsində sərnişin qatarının bir neçə vaqonu relsdən çıxıb. Hadisə nəticəsində 44 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişinlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir və o, dərhal xəstəxanaya çatdırılıb.
BFMTV telekanalına istinadən verilən məlumata görə, sözügedən qatar Ruan şəhərindən Kan istiqamətində hərəkət edirmiş.
Polisdəki mənbələrin telekanala bildirdiyinə əsasən, dəmiryolu nəqliyyatı vasitəsi naməlum obyektlə toqquşub. Toqquşma nəticəsində bir vaqon aşıb, daha dördü isə relsdən çıxıb. Yerli hakimiyyət orqanları qəzanın başvermə səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib.
Mənbə: oxu.az