İrana məxsus mülki gəmi vuruldu - Ölən və yaralananlar var

İrana məxsus mülki gəmi vuruldu - Ölən və yaralananlar var

Hörmüz boğazında İran mülki gəmisinə endirilən zərbə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

TASS-a istinadla xəbər verilir ki, bu barədə Qeşm əyalətinin başçısı Əmir Teymuri bildirib.

İranın dövlət televiziyası onun sözlərini sitat gətirərək yazıb: "Bu gün səhər saat 5:00 radələrində Henqam adası və Qeşm adasının Şib Deraz sahili yaxınlığında ticarət gəmisi vurulub".

Mənbə: publika.az