Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü

Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü

Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb.

Hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib.

1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: qafqazinfo.az